Bakı-Qars qatarında bilet neçəyə olacaq? - Açıqlama

Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin təntənəli açılış mərasimi baş tutub. Sözügedən dəmir yolu vasitəsi ilə ildə 1 milyon 500 min sərnişinin daşınacağı deyilir. İctimaiyyəti maraqlandıran suallardan biri də qatarların hansı üstünlüklərə malik olması və qiymətidir.
Bu barədə Avtosfer.az-a danışan Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova bildirib ki, Bakı-Tiflis-Qars dəmir yolu sərnişinlərin istifadəsinə 2018-ci ildə veriləcək:
“2018-ci ildən etibarən sərnişinlər Bakı-Tiflis-Qars dəmir yolu vasitəsilə səyahət edə biləcəklər, lakin qatarların hansı aydan etibarən sərnişinlərin ixtiyarına veriləcəyi dəqiq bilinmir. Qiymətlərin nə qədər olması məsələsi isə hələlik müəyyənləşdirilməyib. İlk vaxtlar bu dəmir yolu vasitəsilə yalnız yükdaşıma həyata keçiriləcək”.
Qeyd edək ki, tikintisinə 2007-ci ildə başlanılmış Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti bu il oktyabrın 30-da istifadəyə verilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












