Bakı-Qazax-Gürcüstan magistralında hərəkət bərpa olunub - VİDEO

Bakı-Qazax-Gürcüstan magistralında nəqliyyatın hərəkəti bərpa olunub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, magistralın Goranboy rayonunun ərazisindən keçən hissəsində yük maşınının aşması həmin yolda nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Yük maşını ərazidən götürülüb və magistrala dağılan yük yığışdırılıb. Bundan sonra magistralda nəqliyyatın hərəkəti bərpa olunub.
12:23
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1975-ci il təvəllüdlü Eldar Qasımov DAF markalı yük maşını ilə Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı dəmir maneələrə çırpılaraq aşıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, yük ətrafa dağılıb və yol təsərrüfatına ziyan dəyib. Qəzaya yük maşınının sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI


















