Bakı-Qazax yolunu duman tutdu - FOTO

Qatı duman yenidən Tovuzu ağuşuna alıb. Dünən təxminən saat 20:30 radələrindən etibarən rayonda avtomobillərin hərəkəti çətinləşib.
Avtosfer.az "report"a istinadən bildirir ki, Alakol, İbrahimhacılı, Yuxarı Öysüzlü, Əlibəyli kəndlərindən Tovuza gələn sürücülər qatı duman olduğundan magistral və daxili yollarda çətin anlar yaşayıblar. Yolu görmək mümkün olmadığından avtomobil sahibləri uzaq mənzilli işıqlardan istifadə etmək məcburiyyətdində qalıblar ki, bu da gediş-gəlişi daha da çətinləşdirib.
Kəndlərdən rayon mərkəzinə gələnlər işıqforların çiskin, duman səbəbindən görünmədiyini, bu zaman təhlükəli vəziyyət yarandığını da bildiriblər.
Gecə saatlarında Türkiyəyə keçmək üçün Bakı-Qazax avtomagistralı ilə "Sınıq Körpü" buraxılış məntəqəsi istiqamətində hərəkət etməli olan sürücü Ali Erden qatı duman səbəbindən yolu səhv salıb. İri tonnajlı avtomobil sükanı arxasında əyləşən türk vətəndaş magistral yolun Tovuzdan keçən hissəsində gediş-gəlişin daha çətin olduğunu bildirib.




Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












