Bakı-Quba yolu buz bağladı

Havanın kəskin dəyişməsi və yolların buz bağlaması ehtimalı olduğuna görə Dövlət Yol Polisi sürücülərə və piyadalara xəbərdarlıq edib. Avtosfer.az xəbər verir ki, bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin publika.az-a bildirdiyinə görə, Hidrometerologiya Departamentinin hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, respublika ərazisində qar yağacağı və yolların buz bağlayacağı xəbərdarlığı ilə əlaqədar sürücülərə sürəti seçərkən meteoroloji və yol şəraitini nəzərə alaraq uyğun sürət seçməyi məsləhət görürük: “Yol polisi sürücülərə xəbərdarlıq edir ki, hava və yol şəraitinə uyğun sürət seçsinlər ki, yol-nəqliyyat hadisələrini törətməsinlər. Eləcə də, xüsusilə dağlıq və dağətəyi ərazidə yaşayan sürücülərə mövsümü qış şinləri ilə təchiz olunmayan nəqliyyat vasitələrindən bu günlərdə mümkün qədər az istifadə etmələrini tövsiyə edir.
Yol Polisi piyadalara əsas etibarilə, ərazidəki yeraltı və yerüstü keçidlərdən istifadə etməyi, nizamlanmayan piyada keçidlərindən xüsusi diqqətlə keçməyi tövsiyə edir. Çünki nizamlanmayan piyada keçidlərində piyada hərəkət üstünlüyünə malik olsa da, həmin keçidə çıxmazdan əvvəl yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin hərəkət sürətini müəyyənləşməlidir ki, keçidin onun üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçiddən keçsin: “Nəzərə almaq lazımdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitəsi qısa məsafə ərzində avtomobili saxlaya bilmir. Bəzən yolların buz bağlaması səbəbindən qəfil tormozlama zamanı nəqliyyat vasitəsi idarəetmədən çıxır və bu elə piyadanın vurulması ilə nəticələnə bilər. Həm sürücülər, həm də piyadalar bu havalarda xüsusilə diqqətli olmalıdırlar və yol hərəkətinə məsuliyyətlə yanaşmalıdırlar”.
Şöbə rəisinin sözlərinə görə, növbətçi hissə hava şəraiti ilə əlaqədar yollardakı vəziyyətlə bağlı ardıcıl olaraq ərazilərdən məlumatları qəbul edir. Hələ ki, yollarda hava şəraiti ilə əlaqədar hər hansı qəza hadisəsi qeydə alınmayıb: “Hazırda Bakı-Quba yolunun 150-178-ci kilometrliklərinə qədər hərəkət hissəsi buz bağlayıb. Qar yağır, yol texnikası və qreyderlər yolun qaradan təmizlənməsi istiqamətində işləyirlər. Bakı-Qazax yolunun Qazax rayonu ərazisində də güclü qar yağır. Amma buna baxmayaraq, hərəkət var. Hələ ki, hava şəraiti ilə bağlı qəza hadisəsi olmayıb”.
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident mühüm Fərman imzaladı
Bakının bu ərazisində piyadaların xaotik hərəkəti nəqliyyatı iflic edir - AÇIQLAMA
İranda başlanan münaqişə qlobal gübrə və kükürd ticarətinə necə təsir edib? – Ekspert AÇIQLADI
Ərəb ölkələrinin ABŞ-İsrail-İran münaqişəsinə qoşulması gündəmdədir – SİYASİ ŞƏRHÇİ
Bəzi obyektlər dövlət tərəfindən qorunan binalara müdaxilə edir - MEMAR
Obyektlərin icarə xərcləri onlayn ticarətə təkan verir – Ekspert RƏYİ
Ramazan ayının iyirmi doqquzuncu gününün duası - İmsak və iftar vaxtı










