Bakı-Quba yolunda avtomobillərin hərəkətində çətinlik yaranıb - VİDEO

Bakıda yağan qar və müşahidə edilən şaxtalı hava şəraiti Bakı-Sumqayıt-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, "Report"un həmin istiqamət üzrə hərəkət edən əməkdaşının sözlərinə görə, avtomobillər aşağı sürətlə hərəkət etsələr də, bəzi yerlərdə sürəşmə halları müşahidə edilir. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda avtomobillərin hissə-hissə hərəkətini tənzimləməyə çalışır. Bundan başqa, avtomobillərin yay şinlərini qış şinlərinə dəyişdirməyən müəyyən nəqliyyat vasitələri qarlı havada hərəkət etməkdə çətinlik çəkir. Qeyd edək ki, təxminən saat 10:00 radələrində Bakı-Sumqayıt-Quba avtomobil yolunda "Facebook" sosial şəbəkəsi ilə canlı yayım edən "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edilən yolda nəqliyyatın hərəkətində heç bir problemin olmadığını, ancaq sovet istehsalı olan, protektorları yeyilmiş (nasaz), yay şinlərini qış şinlərinə dəyişməyən avtomobillərin çətinlik yaratdıqlarını, digər nəqliyyat vasitələrinə maneə olduqlarını bildirib. O, deyib ki, "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gecə boyu, səhər saatları və hazırda tədbirlər görülür. "Bəzi avtomobillər bu cür hava şəraitinə hazır olmadıqları üçün yolda tıxac və sıxlıq yaradır. Bu, "Azəravtoyol"un avtomobillərinin də ərazidə hərəkət etməsinə çətinlik tərədir", - deyə A.Nəcəfli əlavə edib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










