Bakı sakininin telefonunu allb qaçan şəxs saxlanıldı – FOTO

Bakı sakinindən mobil telefonu quldurluq yolu ilə alan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, paytaxt sakini Ülvi Cuvarlı Akademik H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman naməlum şəxs onun qarşısını kəsib bıçaqla hədələyərək “Samsung” markalı mobil telefonunu əlindən alıb. Zərərçəkən hadisə barədə yaxınlıqda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşlarına məlumat verən kimi quldurluq edən şəxsin “isti” izlərlə axtarışı həyata keçirilib. Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə (PB) təhvil verilib. Bölmədə araşdırma aparılan zaman quldurluq etməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Seymur Osmanov olduğu müəyyən edilib. Onun cinayət yolu ilə əldə etdiyi mobil telefon, həmçinin hadisə zamanı istifadə etdiyi bıçaq tapılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polislər quldurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















