Bakı sakinlərindən iki avtomat silahı götürülüb

Bakı şəhər sakinlərindən avtomat silahı və patronları aşkar edilərək götürülüb. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən “AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbasov Aqildən içərisində nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı, 26 ədəd avtomat patronu və 1 ədəd patron darağı olan çanta götürülüb. Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












