Bakı-Şamaxı-Muğanlı yolunun genişləndirilməsi yekunlaşır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində aparılan genişləndirmə işləri yekunlaşmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Qurum rəsmisi bildirib ki, artıq yolun 45-91-ci kilometrində işlər yekunlaşıb: "Bu ilin sonuna qədər işləri yekunlaşdırmağa çalışırıq. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-95-ci kilometrlik hissəsi 2 hərəkət zolaqlı idi. Həmin yol 4 hərəkət zolaqlı olacaq. Artıq yolun 45-91-ci kilometrliyində işlər yekunlaşıb. Hazırda yolun 13-15-ci kilometrliyində genişləndirilmə işləri aparılır. İlin sonuna kimi yolun 45-91 və 13-15-ci kilometrliklərində aparılan genişləndirilmə işləri başa çatdırılacaq və yol istifadəyə veriləcək. Hazırda yolun 15-45-ci kilometrliyində də aparılan işlər sürətləndirilib. İşlər sürətlə gedərsə, 13-91-ci kilometrlik hissə tam olaraq ilin sonunda sürücülərin istifadəsinə veriləcək. Əgər işlər yekunlaşdırılmasa, yolun 15-45-ci kilometrlik hissəsi isə gələn ilin əvvəlində istifadəyə veriləcək". Qeyd edək ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsi ötən il istifadəyə verilib. Yolun Bakı-Şamaxı-Muğanlı hissəsində isə ötən il genişləndirilmə işlərinə başlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












