"Bakı-Şamaxı və Bakı-Quba yolunda bəzi yerlər buz bağlayıb" - Kamran Əliyev

Bakı-Sumqayıt-Quba-Rusiya sərhəddi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarının bəzi hissəsləri buz bağlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, Bakı-Sumqayıt-Quba-Rusiya sərhəddi yolunun Gəndob kəndi yaxınlığında, Ceyranbatan ərazisindəki gölün yaxınlığındakı hissə buzlayıb:
"Bakı-Şamaxı yolunun da bəzi hissələrində buzlaşma müşahidə edilir. Digər yollar isə açıqdır, hələlik buzlaşma qeydə alınmayıb".
K.Əliyev bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolundakı Ağsu dolaylarına da qar yağıb, amma hələlik həmin yolda buzlaşma qeydə alınmayıb:
"Ümumilikdə bütün yollar avtomobillərin hərəkəti üçün açıqdır. Nəqliyyatın hərəkəti var. Sadəcə, bəzi yollarda buzlaşma var. Bakı-Sumqayıt üzrə hərəkət edən sürücülər Ceyranbatan qəsəbəsi ərazisindəki gölün yaxınlığında ehtiyatlı olsunlar, həmin ərazidə buzlaşma var. Bir də əsasən sürücülər yolardakı körpülərin üstündə ehtiyatlı olmalı, əyləcdən istifadə etməməlidirlər. Çünki yollar açıq olsa da, körpülərin üstündə buzlaşma olur, bəzi sürücülər də yüksək sürətlə hərəkət edərək körpülərin üstündə buzlaşmada əyləcdən istifadə edirlər. Bu da avtomobilin idarəetmədən çıxması deməkdir".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












