Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri nə yerdədir? - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda təmir işləri icra olunur.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik hissəsində təmir işləri aparılır.
Sözügedən hissədə asfalt-beton örtükdə yaranan çat və qabarmalar rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda ərazidə icra olunan işlər bu problemi aradan qaldıracaq.
Təmir işləri çərçivəsində yolun köğhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda həmin hissədə yeni asfalt örtüyünün döşənməsi işləri icra olunur.
Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdə asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.
Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür










