Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti tam bərpa olundu

Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti tam bərpa olunub. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, yolun buz bağlayan hissələri buzdan təmizlənib və avtomobillərin hərəkətində maneələr aradan qaldırılıb: "Yolun Təzəkənd, Cəngi yaşayış məntəqələri və Şamaxı şəhərindən keçən hissəsi qar və buzdan təmizlənib və avtomobillərin hərəkəti tam təmin olunub. Hazırda yolda heç bir problem yoxdur". Yolun 140 və 150-ci kilometrliyi - Ağsu dolayları isə 16 saylı Yol İstismar İdarəsinin canlı qüvvələri və texnikaları vasitəsilə qardan təmizlənib, Hazırda Ağsu dolayları ilə avtomobillər normal hərəkətini davam etdirir. Qeyd edək ki, fevralın 1-də yağan güclü qar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bəzi hissələrində avtomobillərin hərəkəti çətinləşmişdi.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












