Bakı-Şamaxı-Yevlax yolunda da sürüşmə yenidən aktivləşib - VİDEO

Yağıntılar nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib. Kəndin 40% ərazisində sürüşmə aktiv fazadadır.
Rəyyad Bəşirov - Sakin: "Günbəgün ölçü artır. Təzə "remont" elətdirmişik, çatlayıb tökülür. Evdə ailə, uşaq qorxuruq yaşamağa".
20-ə yaxın ailə evini tərk edib, daha 25 ailə isə sürüşmə təhlükəsi altında evində yaşayır. Evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib.
Rəhim Balayev - Sakin: "Partlaq yerlərdən ilan evə girir. Bu evi yağışdan qabaq sıvaqlamışdıq, yağışdan sonra yenə partladı".
Kənddə 3 hissədə davam edən sürüşmə evlərlə yanaşı, əkin sahələrini də yararsız vəziyyətə qoyub. Sakinlərin təsərrüfatına xeyli ziyan dəyib.
Həmçinin Bakı- Şamaxı -Yevlax yolunda da sürüşmə səngimək bilmir. Hazırda yolun 106,107 və 109 kilometirliklərində uçqunlar davam edir. Yolun sağ və sol kənarında torpaq qatı sürüşərək hərəkət isqamətinə mane olur. Yoldan gündəlik istifadə edənlər deyir ki, mütəmadi olaraq yollardan torpaq qatı təmizlənsə də bu, problemi həll etmir.
Marif Salahov - Sürücü: "Axır tökülür. Təmizləyirlər, yenə də axır gəlir".
Keçmədin kəndində eni 20–22 metr, hündürlüyü 8–12 metr arasında olan bir sahəni də sel yuyub aparmışdı. Hazırda həmin ərazidə də uçqun davam edir. (ARB TV)
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










