Bakı-Şamaxı-Yevlax yolunda təhlükə - FOTO+VİDEO

Bakı-Şamaxı-Yevlax yolunun 106-107-ci km-də baş verən sürüşmə aktivliyini qoruyur. Avtosfer.az arbtv-yə istinadən xəbər verir ki, bir neçə gün öncə ərazidə qeydə alınan torpaq uçqunu hələ də davam edir. Sürüşmə ərazisi aktiv uçqun zonasında yerləşdiyindən ərazidə təhlükəli vəziyyət yaranıb.Tonlarla torpaq qatı sürüşərək avtomobilərin intensiv hərəkət etdiyi yolun kənarına tökülür. Hazırda yamac hissədə yığılıb qalan torpaq qatı davamlı şəkildə yola axır. Yağıntıların intensivliyi torpaq uçqunlarının miqyasını da getdikcə artırır.
Ərazidə mövcud olan su güvəcləri də dolub. Torpaq bir başa güvəcə tökülür və yığlıb qalan su birbaşa yola axır. Sürücülərsə torpağın ərazidən təmizlənmədiyindən şikayətlənirlər.
Sürücü: "Aşırımlarda həmişə olub. Ağsu, Bakı, Şamaxı, Qobustan ərazisində həmişə olub, amma bu dərəcə yox idi. Təəssüflər olsun ki, nəzarət zəifdir. Yol istismar idarələri buna nəzarət etməlidirlər".
Şamaxı rayon yol istismar idarəsindən verilən məlumata görə, əraziyə müdaxilə etmək mümkün deyil. Aktiv sürüşmə fazasında olduğu üçün əraziyə hər hansı bir texnikanın müdaxiləsi daha böyük uçqunlarla nəticələnə bilər.




Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










