"Bakı-Şamaxı yolunda çoxlu çat var"

“Dünən Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyində baş vermiş torpaq sürüşməsi aktiv fazadadır”. Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ötən il Geoloji planlama ekspedisiyanın Bakı-Şamaxı avtomobil yolunun 106-cı km-də istiqaməti dəyişmək barədə tövsiyə xarakterli təklif irəli sürdüyünü xatırladan Ə. Qaralov bildirib ki, növbəti dəfə həmin ərazidə sürüşmə baş verib, sürüşmə davam edir: “Sürüşmə “Acıdərə” adlı ərazini əhatə edir. “Acıdərə”nin həm sağ, həm də sol tərəfi Şamaxı-Qobustan sinklinoriumunda yerləşir. Altında maykop çöküntüləri, üstündə 3 metrə yaxın torpaq qatıdır. Yolun sol tərəfində yamacın meyliliyi təxminən 20 dərəcədir. Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyində çoxlu tektonik çatlar mövcuddur və yeraltı sular demək olar daimi üzdə olur. Həmin horizont sulu horizontdur”.
O qeyd edib ki, 106-cı km-də sürüşmənin uzunluğu təxminən 20-30 metr, eni isə 70-85 metrə yaxındır: “Sürüşmə qaşının hündürlüyü 70 sm-ə qədər olur. Yolun sol hissəsində istinad divarı da tikilib, su ötürücü quraşdırılıb. Sürüşmə baş verdikcə torpaq yola tökülür, gediş-gəlişə mane olur. “Acıdərə” özü tektonik qırılma zonasında yerləşir. Dərə boyu, tektonik qırılma baş verdikdə uzunluğu 5-20 metr olan çatlar əmələ gəlir. Çatların eni bəzən 5-10 sm olur. Səth suları da həmin çatlar vasitəsilə üzə çıxır. Yamac daimi sulu, nəm olur. Əlavə olaraq yağış yağdıqda kütlə tam doyur, ilişmə qüvvəsi azalır, ağırlıq qüvvəsi artır və maililiyi yola tərəf olan yamac istiqamətində sürüşmə baş verir”. Qeyd edək ki, Bakı-Şamaxı yolunun 106-cı km-dəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










