Bakı-Şamaxı yolunda sürüşmə baş verdi

Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də uçqun, çökmə, axıntı tipli sürüşmə prosesi baş verib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Onun sözlərinə görə, sürüşmənin məhsulları yola tökülüb. Ə.Qaralov qeyd edib ki, bundan başqa, Şamaxı rayonunda bir necə il əvvəl inşa olunan Çuxuryurd-Qızmeydan yolunun 2-4-cü km-də sürüşmə sahəsində aktivlik müşahidə edilir.
Ə.Qaralov əlavə edib ki, Bakı-Ağsu magistral yolunun 132-156-cı km-də yenə də lokal tipli müəyyən çökmələr, torpaq uçqunları baş verib: “Bu yollardakı sürüşmə əraziləri yeni əmələ gəlməyib. Burada zaman-zaman həmişə sürüşmələr baş verir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












