Bakı-Şamaxı yolunda sürüşmənin qarşısı alındı - YENİLƏNİB

Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş torpaq sürüşməsi nəticəsində çökən yol təmir edilib. Avtosfer.az bildirir ki, bu barədə trend-ə "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hazırda həmin ərazidə sürüşmənin qarşısı alınıb: "Sürüşüb yola doğru gələn torpaq qatı xüsusi texnikalar vasitəsilə çıxarılaraq kənara daşınıb. Təqribən həmin ərazidən 6-7 min kub torpaq daşınıb, bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb". A.Nəcəfli bildirib ki, ərazidə hazırda problem müşahidə olunmur.
Anar Nəcəflinin yaydığı son açıqlamada isə bildirilir ki, Bakı-Şamaxı-Yevlax yolunda sürüşmənin qarşısı alınması xəbəri ilə bağlı yanlışlıq baş verib. Belə ki, sürüşmənin qarşısı sözügedən avtomobil yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində deyil, 106-cı kilometrliyində alınıb. Bilirsiniz ki, həmin ərazidə martın 25-də sürüşmə baş vermişdi və yamacda olan torpaq qatı yola doğru hərəkət edərək, yolkənarına tökülürdü. Dərhal həmin əraziyə əməkdaşlarımız və lazımi texnika cəlb olundu. Dayanmadan aparılan işlər nəticəsində sürüşmənin qarşısını hələlik almaq mümkün olub. Bu günlər ərzində gecə-gündüz xüsusi texnikalar vasitəsi ilə sürüşüb yola doğru gələn torpaq qatı çıxarılaraq kənara daşınıb. Təqribən həmin ərazidən 6-7 min kub torpaq daşınıb, Bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb. Hazırda ərazidə hazırda sürüşmə müşahidə olunmur.
O ki, qaldı Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsinə orda sürüşmə və çökmə hadisəsi qeydə alınmışdı. Həmin ərazidə çökmüş ərazi bərpa olunub, sürüşmənin təkrarlanacağı təqdirdə avtomobil yoluna ziyan vurmasın deyə qabaqlayıcı tədbirlər görülür və bu istiqamətdə işlər hazırda da davam etdirilir.
Emin
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












