Bakı-Şamaxı yolunda TƏHLÜKƏ

"Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin yeni topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki ərazi qədim sürüşmə sahəsidir: “Həmin hissədə sürüşmə daimi baş verir. O yol bərpa olunsa belə, yenidən sürüşmə olacaq. Orada yolun istiqamətini dəyişmək lazımdır”.
Ə.Qaralov qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində qrunt suları da yer səthinə çıxır.
Qeyd edək ki, ötən həftə Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindən keçən hissədə torpaq qatı uçaraq yola tökülüb. Hazırda yolun 106-107-cı kilometrliyində böyük yarğanlar əmələ gəlib.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












