Bakı-Şamaxı yolunda təhlükəli sürüşmə baş verib

Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində sürüşmə prosesi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov apa-ya bildirib ki, sürüşmə prosesi hazırda davam edir.
O qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə baş verən ərazi qədim sürüşmə sahəsidir “Zaman-zaman həmin sahədə sürüşmə prosesi baş verir. Həmin ərazi sürüşməyə meylli ərazidir. Son günlər yağan yağışların nəticəsində növbəti dəfə sürüşmə baş verib. Gələcəkdə də yağışlar yağdıqca və yaxud ərazidə texnika işlədikcə sürüşmə baş verəcək”, - deyə Ə.Qaralov bildirib.
Ə. Qaralov onu da qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












