Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət - FOTO

Ölkənin əsas magistral yollarından biri hesab edilən Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində torpaq sürüşməsi qeydə alınıb. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, sürücülər bu ərazilərdə hər gün aktivliyin müşahidə olunduğundan gileylənir. Və bu sürüşmələr gecə baş verərsə və sürətli olarsa bir çox problemlər ortaya çıxacaq.
Bəxtiyar Aslanov (sürücü):
"Bunun qabağına nəsə bir dəmir betonlar və nəsə bir iş görülməlidir ki, bu uçmasın. Yol uçmasa, dağılmasa bizim də gedib gəlməyimiz rahat olar. Sürüşmə güclü olsa burda xəsarət alan hətta ölən ola bilər.Torpağın qabağın kim kəsə bilər ki, burdan insan keçir".
Hər gün minlərlə avtomobillərin gedib gəldiyi bu yol, torpaq sürüşməsi nəticəsində dağılma təhlükəsi ilə üz-üzə qalıb.
Ramin Seyfəddinov (sərnişin):
"Biz Zaqataladan gəlirik, yollar yaxşıdı, amma bura Şamaxı yolu çox təhükəli və qorxuludu".
Yolun sağ və sol kənarında torpaq qatı sürüşərək hərəkət isqamətinə qismən mane olur. Hündürlükdə olan sürüşmə eyni istiqamətdə davam edir. Bu yoldan gündəlik istifadə edən sürücülər deyir ki, düzdü, ara sira yollardan torpaq qatı təmizlənir və çökən asfalt qatı yenisi ilə əvəz olunur, amma bu da problemi həll etmir.
Dağdan axan torpaq qatı magistral yola tökülməsin deyə, əraziyə istinad divarı çəkilib. Buna baxmayaraq, hər gün axan torpaq yola tökülür.
Sürücülərin sözlərinə görə, bu ərazidə yağmurlu havalarda torpaq sürşməsi daha da aktivləşir. Hazırda yolun 107 -106 və 109 kilometrliklərində bu cür sürüşmələr davam edir.
Hazırda yol Şamaxı 9 saylı yol istismar idarəsinin diqqətindədir. Sürüşmə baş verən ərazilərədə, "Azəravtoyol"a məxsus ağır texnika saxlanılır. Hər hansı bir şürüşmə hadisəsi baş verdikdə, yola tökülən torpaq qatı təmizlənir.
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ












