Bakı-Şamaxı yolunda vəziyyət necədir? - VİDEO

Hazırda Bakı-Şamaxı yolunda sürüşmənin aktiv olduğu bölgə 106-107-ci kilometrlik hesab olunur. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, adı keçən sürüşmə zonasında təxminən iki ildir ki, aktivləşmə müşahidə edilir. İntensiv yağan yağış, tektonik hərəkətlər sürüşməni daha da intensivləşdirir. Uçquna məruz qalan yolun həm də ensiz olması problem yaradır. Yollardakı çalalar nəqliyyat vasitələri üçün təhlükə mənbəyinə çevrilib.
Yolun 106 km–liyində isə daha çox qəzalı vəziyyət yaşanır. "Azəravtoyol"dan verilən məlumata görə, Bakı Şamaxı mağistralının 13-cü və 91-ci kilometrləri arasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Bu ərazidə 2 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəz olunub.
"Azəravtoyol" rəsmisi yaxın vaxtlarda magistralın 91-ci kilometrliyindən 107-ci kilometrliyinə qədər olan hissəsindəki problemin də aradan qaldırılacağını əmin edir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












