Bakı-Şarja aviareyslərinin sayı artırılacaq

Bu gündən etibarən Şarja-Bakı marşrutu ilə həyata keçirilməsi başlanılan aviareyslərin sayı perspektivdə artırılacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu bu gün Bakıda "Air Arabia" aviaşirkətinin (BƏƏ) bu marşrutla yerinə yetirdiyi ilk reysin qarşılanması mərasimində Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov deyib. A.Məmmədov qeyd edib ki, Azərbaycan hökuməti turizmin inkişafını təşviq edir: "Yeni açılan reys üzrə gələcəkdə sərnişin sıxlığı müşahidə olunarsa, "Air Arabia" şirkəti əlavə reyslər təşkil edəcək. Bu istiqamət üzrə reyslər 4-dən 7-ə qədər artıra bilər. Eyni zamanda, "Azərbaycan Hava Yolları" (AZAL) və "FlyDubai" aviaşirkətləri Novruz bayramı ərəfəsində Körfəz ölkələri də daxil olmaqla 100-ə yaxın əlavə reys həyata keçirəcək. Bu gün Azərbaycan ilə BƏƏ arasında tarixi gündür. AZAL-la əməkdaşlıq edən şirkətlər sırasına artıq "Air Arabia"da qoşulub". "Air Arabia" şirkətinin baş icraçı direktoru Adil əl Əli əlavə edib ki, iki ölkə arasında qarşılıqlı səfərlərin sayı artacaq: "Bu gün ilk uçuşda Bakıya Şarjadan 120 sərnişin gəlib. Səfər təxminən 2 saat 15 dəqiqə çəkib. Bizim şirkətin əsas məqsədi hər iki ölkənin vətəndaşlarının iş, təhsil və digər səfərlərini təşkil etmək, uzaq məsafəni birləşdirməklə insanların rahat səyahətini təmin etməkdir".
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












