Bakı-Şarm əl-Şeyx aviareysləri sentyabrda bərpa ediləcək

Müvəqqəti olaraq dayandırılan Bakı - Şarm əl-Şeyx aviareysləri artıq sentyabr ayında bərpa ediləcək. Avtosfer.az “report”a istinadən xəbər verir ki, avqustun 1-dən bərpa edilməsi nəzərdə tutulan bu istiqamət üzrə uçuşlar iyulun 4-dən sərnişin azlığı səbəbindən dayandırılıb. “Air Cairo” aviaşirkəti (Misir) bu marşrut üzrə reysləri sentyabrın 1-dən etibarən yenidən bərpa edəcək.
Qeyd edək ki, bu il Bakıdan Şarm əl-Şeyxə ilk uçuş iyunun 3-də “Silkway Travel” şirkəti tərəfindən təşkil edilib. “Airbus A320” təyyarəsi ilə həftədə bir dəfə olmaqla uçuşları “Air Cairo” aviaşirkəti həyata keçirib. Bu istiqamət üzrə saat 09:30-da Bakıdan havaya qalxan təyyarə, yerli vaxtla 11:00-da Şarm əl-Şeyxə çatır, əks istiqamətdə isə 03:00-da havaya qalxan təyyarə 08:30-da Bakıya enirdi. Bu istiqamət üzrə ikitərəfli biletin qiyməti 300 ABŞ dolları təşkil edir.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










