Bakı Şəhər Prokurorluğu: "Qatil İraq Hava Yollarının əməkdaşına 5 atəş açıb"

Bu gün Bakıda ofisdə baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, "İraq Hava Yolları" aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünə məxsus "Vinçester" markalı ov tüfəngi ilə menecerin bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










