Bakı şəhər təhlükəsizliyi sahəsində yeni meyarlar müəyyən edir - "Euronews" - VİDEO

Bakı şəhərində ictimai təhlükəsizliyin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu barədə "Euronews" telekanalının Azərbaycanın paytaxtı ilə bağlı hazırladığı reportajda bildirilir.
Qeyd olunur ki, müasir texnologiyalar, polis və ictimaiyyətin əməkdaşlığının uzlaşdırılması nəticəsində cinayət göstəriciləri aşağı səviyyədədir. Rəsmi qurumların məlumatına görə, paytaxtda cinayətlərin aşkar olunma faizi yüksəkdir və təhlükəsizlik sahəsində müasir texnologiyalardan istifadə getdikcə genişlənir. Daxili İşlər Nazirliyinin əməkdaşı Sərvinaz Ramazanovanın sözlərinə görə, hər 100 min nəfərə düşən cinayətlərin sayı bir sıra ölkə paytaxtları ilə müqayisədə xeyli aşağıdır. Cinayətlərin açılma nisbəti 85-90 faiz təşkil edir. Ağıllı nəqliyyat idarəetmə sistemləri, müşahidə kameraları şəbəkəsinin genişləndirilməsi və digər təhlükəsizlik mexanizmləri sutka ərzində fasiləsiz rejimdə fəaliyyət göstərir. Qurumlar ictimai asayişin qorunmasında vətəndaşlar və müxtəlif təşkilatlarla davamlı əlaqələrin mühüm rol oynadığını da vurğulayırlar. Bakıya səfər edən qonaqlar və şəhər sakinləri paytaxtda güclü təhlükəsizlik mühitinin hökm sürdüyünü, özlərini rahat və təhlükəsiz hiss etdiklərini bildirirlər.
Çindən olan turist deyir ki, Bakıda təhlükəsizlik yüksək səviyyədədir, başqa ölkələrin paytaxtlarından çox fərqlənir, burada çoxlu dostlar qazanıb. "Uşaqlığımdan və yeniyetməliyimdən bəri buraya səyahət edirəm. Bu gözəl ölkənin nə qədər təhlükəsiz olduğunun fərqindəyəm", - Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançini telekanala bildirib.
Qeyd olunur ki, görülən tədbirlər Bakının təhlükəsiz, açıq və qonaqpərvər paytaxt kimi beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir.
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR










