Bakı sərnişin stansiyasında Novruz şənliyi - FOTO

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də Beynəlxalq Novruz Bayramı günlərində - 20-27 mart 2016-cı il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müəssisə və stansiyalarında fasiləsiz iş rejimi təşkil edilir. Sərnişin daşımaları Departamentinin kollektivi bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir.
Martın 21-də sərnişinlərin bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib. Qədimdən bu günəcən gəlib çıxan, yaddaşlarda özünə yuva quran Novruz bayramı yalnız adət-ənənələri ilə deyil, həmçinin mili-mənəvi xüsusiyyətləri ilə xalqın yaddaşında yaşayır.
Şənliyin iştirakçıları sərnişinlərə maraqlı səhnəciklər, musiqilər təqdim etdilər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərdə əsl bayram əhvali-ruhiyyəsi yaşatdı.
2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq təşkilat - ATƏT Novruz bayramını öz təqviminə salıb.
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb
Yollarda görünüş məhdudlaşacaq - 300-800 metrədək
Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi
Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
İlham Əliyevin sosial şəbəkə hesabında Zelenskinin səfəri ilə bağlı VİDEO PAYLAŞILDI
Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTOLAR
Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - VİDEO
Yeni yarasa virusu və yeni pandemiya riski XƏBƏRDARLIĞI
İrəvandan təxribat - Bakı hərəkətə keçdi









