Bakı-Sumqayıt avtobusları ilə bağlı AYNA-dan - AÇIQLAMA - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ekspress avtobusların hərəkət qrafiki ilə bağlı açıqlama yayıb. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, paytaxt istiqamətinə ictimai nəqliyyatın təşkili ilə bağlı sərnişin tələbatı nəzərə alınaraq, AYNA tərəfindən Sumqayıt şəhər Avtovağzalını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 595 və Sumqayıt şəhər avtovağzalını metronun "20 Yanvar" stansiyası əlaqələndirən 594 nömrəli ekspres marşrut xətləri fəaliyyət göstərir:
“594 nömrəli xəttə 28 avtobus, 595 nömrəli xəttə isə 11 avtobus sərnişindaşımaya cəlb olunub. Ümumilikdə 40-a yaxın avtobus 7-10 dəqiqə, pik saatlarda isə 5-8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir. Qeyd edək ki, ekspres avtobuslarda ayaqüstə sərnişin daşınması üçün konstruksiya nəzərdə tutulmadığından, salonda boş oturacaq olmadığı təqdirdə aralıq dayanacaqda saxlamır. Bu avtobuslarla ayaqüstə sərnişin daşınması təhlükəsizlik qaydalarının pozulması deməkdir. Sərnişin tələbatı nəzərə alınaraq daşıyıcı tərəfindən əlavə olaraq 3 avtobus aralıq dayanacağı olan Ceyranbatan qəsəbəsi sakinlərinin “20 Yanvar” metrostansiyasına daşınmasını təmin etmək üçün ayrılıb”.
Agentlikdən bildirilib ki, Sumqayıtdan Bakı şəhəri istiqamətinə Ceyranbatan qəsəbəsindən keçməklə 502 və 509 nömrəli marşrut xətləri fəaliyyət göstərir:
“Eyni zamanda Ceyranbatan qəsəbəsindən “Xocasən” metrostansiyasından keçməklə 505 nömrəli avtobus sərnişinlərin xidmətindədir. Bu xətlər üzrə ümumilikdə 24 avtobus 10-15 dəqiqə intervalla fəaliyyət göstərir. Vətəndaşlar bu avtobusların imkanlarından yararlanaraq “Avtovağzal” və “Xocəsən” metrostansiyalarının imkanlarından yararlana bilərlər. Əlavə olaraq Bakı-Sumqayıt yolunda və paytaxtın Moskva prospektində təşkil edilmiş xüsusi hərəkət zolağı sayəsində avtobusların orta hərəkət sürəti artıb, sərnişinlərin səfər müddəti isə 20-25 dəqiqə azalıb. Bu zolaqlarla hərəkət edən Sumqayıt-Bakı ekspres avtobusunun son dayanacağa çatma müddəti 35 dəqiqə təşkil edir.
Qeyd edək ki, paytaxtın çıxışında müşahidə edilən nəqliyyat sıxlığı bəzən avtobusların hərəkət intervalının artması ilə nəticələnə bilir”.
Fidan
“28 May” stansiyası açılanda ŞOK görüntülər olacaq - Görün metro sistemi necə dəyişəcək - FOTO
Emin Ağalarovdan “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA - FOTO
Rusiyada sürücülərə qarşı kütləvi reydlər başlayır – ŞOK SƏBƏB
Ekspres avtobuslar harada dayanır? – MƏKANLAR
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO










