Bakı-Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib - FOTO

Bu gündən qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədi ilə Bakı - Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib. Avtosfer.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.
Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













