Bakı-Sumqayıt elektrik qatarından istifadə edənlərin sayı ikiqat artıb

Ölkə ərazisində müşahidə olunan hava şəraitinə baxmayaraq, "Azərbaycan Dəmir Yolları" QSC qatarların hərəkətində heç bir problem qeydə almayıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. "Sərnişin Daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışır. Bakı-Sumqayıt elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib. Amma bölgələrə gedən qatarlarda 20-30 dəqiqə gecikmə baş verib. Hava şəraiti ilə əlaqədar maşinistlərə sürət həddinin azaldılması ilə bağlı tapşırıqlar verilib və gecikməyə səbəb də budur", - deyə S. Qədirova qeyd edib. O əlavə edib ki, Bakı-Sumqayıt elektrik qatarından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunur: "Məlum səbəblərdən vətəndaşlar Bakı-Sumqayıt qatarına üz tutub. Elektrik qatarından istifadə edənlərin sayı təxminən ikiqat artıb".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












