Bakı-Sumqayıt elektrik qatarını daşa basan şagirdlər saxlanılıb

Paytaxtda bəzi vətəndaşlar Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarların təhlükəsiz hərəkətinə mane olurlar. Belə ki, mayın 3-də saat 18:15 radələrində Sumqayıtdan Bakıya hərəkət edən elektrik qatarı Keşlə-Bakı mənzilində olarkən iki nəfər tərəfindən daşa basılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Avtosfer.az-a verdiyi məlumata görə, həmin şəxslər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Bakı-yük stansiyasındakı xətt polis məntəqəsinin rəisi, polis leytenantı Nadir Məmmədov və polis nəfəri Bəhruz Ağayev tərəfindən saxlanılıb.
"Araşdırma zamanı məlum olub ki, saxlanılanlar Nərimanov rayonu 7 saylı liseyin şagirdləri – Elnur Fazil oğlu Baxşıyev (22. 04. 1999-cu il təvəllüdlü) və Lalə Şair qızı Ağayevadır (01.01. 1998-ci il təvəllüdlü). Saxlananların valideynləri də Nəqliyyatda Baş Polis İdarəsinə dəvət olunub, azyaşlılar dindirilərkən hadisəni törətdiklərini etiraf ediblər. Polis əməkdaşları saxlanılanlarla maarifləndirici və profilaktiki söhbətlər aparıb, xəbərdarlıq edib və sərbəst buraxıblar. Xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib", - deyə N. Əzməmmədov qeyd edib.
"Azərbaycan Dəmir Yolları" QSC bir daha Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırır ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.
Elmin
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










