Bakı-Sumqayıt elektrik qatarlarının yeni hərəkət CƏDVƏLİ

Oktyabr ayının 8-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən sərnişin elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Avtosfer.az-a verdiyi məlumata görə, Biləcəri-Keşlə mənzilinin tək yolunda təmas şəbəkəsinin əsaslı təmiri ilə əlaqədar Bakıdan 2016-cı il oktyabrın 8-dən, müvəqqəti olaraq, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.
Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı-sərnişin stansiyasından saat 07:40, 08:35, 09:35, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:40 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:40, 07:30, 07.50, 08:25, 09:25, 10:25, 16:55, 18:35 və 19:30-da yola düşəcək.
Bundan başqa, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli:

Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













