Bakı-Sumqayıt qatarlarında yeni hərəkət CƏDVƏLİ və QİYMƏTLƏR

Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir. “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Avtosfer.az-a verdiyi məlumata görə, dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub. Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun yeniləşdirilməsi görülən işlərin əsas tərkib hissələrindən biridir. Noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilir.
Hər iki stansiyada bununla bağlı hazırlıq işləri başa çatıb. Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılıb. Xırdalan stansiyasiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib.
BAKI-SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT
C Ə D V Ə L İ
«19» noyabr 2016-cı ildən

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri
|
İstiqamət |
Tarif (manatla) |
|
|
ekonom |
biznes |
|
|
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) |
0.80 |
1.20 |
|
Bakı-Biləcəri (Biləcəri-Bakı) |
0.30 |
0.80 |
|
Bakı-Xırdalan (Xırdalan-Bakı) |
0.40 |
1.0 |
|
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) |
0.20 |
0.40 |
|
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) |
0.60 |
1.0 |
|
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) |
0.40 |
0.80 |
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













