Bakı-Sumqayıt şosesində 1 km yolun təmiri 4 aydır bitmir – FOTO

Ləng aparılan inşa işləri Ceyranbatan ərazisində xaotik vəziyyət yaradıb; burada hər gün qəzalar baş verir. May ayının sonlarından Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi təmirə bağlanıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, təxminın 1 km məsafədə aparılan təmir-bərpa işləri isə düz 4 aydır ki, bitmək bilmir. Məsələ ondadır ki, öncədən ləng gedən inşa işləri faktiki olaraq 1 aya yaxındır ki, dondurulub. Ərazidə günlərdir müşahidə aparan əməkdaşımız qazılıb-dağıdılmış ərazidə heç bir texnikanın işləmədiyinin şahidi olub. Yalnız bir neçə fəhlə gözə dəyir ki, onlar da texnikaya nəzarət edirlər. Yolu qazıb, bir az çınqıl töküb dayanıblar. Məsələnin narahatedici tərəfi odur ki, təmirə bağlanan yolda – Ceyranbatan qəsəbəsi ərazisində avtomobillərin hərəkəti aylardır iflic olub. Yol Ceyranbatanın əsas giriş-çıxışının qarşısından birtərəfli qaydada bağlanıb. Nəticədə Bakı-Sumqayıt yolu ilə intensiv hərəkət edən maşınlar burada tıxac yaradır, qəsəbəyə dönən maşınlar da bir yandan yolu bağladığı üçün hərəkət iflic olur. Burada hər gün pik saatlarda yol keçilməz olur, Ceyranbatana dönüşdə mütəmadi şəkildə qəzalar baş verir. Təmir bərpa işlərini həyata keçirənlər qəsəbənin digər (köməkçi) giriş-çıxış yolunu, həmçinin əsas girişə dönüş yerini də bağladıqları üçün burada xaotik bir vəziyyət yaranıb. Adətən, yolları təmir edəndə əsas yolda hərəkət çətinləşərkən köməkçi giriş-çıxışları açıq saxlayıb, hərəkətin intensivliyini bərpa edirlər. Ceyranbatanda isə bunun əksinədir, qəsəbəyə daxil olmaq üçün dönüş yerini belə lüzum olmadan qapadıblar. Nəzərə çatdıraq ki, bu ərazidə yol hələ bir neçə il öncədən dağılmağa başlamışdı. Bu ilin əvvəllərindən isə həmin ərazidə yol tamamilə sıradan çıxdı və təmirə dayandırıldı. Nəzərə çatdıraq ki, Bakı-Sumqayıt yolunu 2006-2009-cu illər ərzində “Akkord” şirkəti inşa edib. O zaman şirkət bu yolun 30 il müddətində dağılmayacağını, bu müddət ərzində fasiləsisiz istismar ediləcəyini bildirmişdi. Ancaq nəinki 30 il, təxminən 3 il sonra - 2012-ci ildən Bakı-Sumqayıt yolunda müxtəlif yerlərdə çökmə, qabarma və dağılmalar başladı. Hazırda yolun xeyli hissəsinin təmirə ehtiyacı var. Qeyd edək ki, Bakı-Sumqayıt-Quba yolunun inşasına 600 milyon manata yaxın vəsait xərclənmişdi.
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA















