Bakı-Sumqayıt şossesində sıxlıq yaranıb

Bakıda və paytaxt ətrafı bəzi yollarda tıxac var. Avtosfer.az xəbər verir ki, bu barədə NİİM-dən verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şossesində, Azadlıq prospektində, Fətəli Xan Xoyski, Əhmədbəy Ağaoğlu, Mikayıl Müşviq, Nəsibbəy Yusifbəyli, Seyid Cəfər Pişəvəri küçələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Adıçəkilən istiqamətlər üzrə hərəkət edən sürücülərə bunları nəzərə almaları tövsiyə edilir.
Qeyd edək ki, paytaxtda nəqliyyatın hərəkəti üçün bağlanan və nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılmış yollar da var.
Belə ki, Nizami rayonundakı Bəkir Çobanzadə küçəsinin ("Toyxanalar küçəsi") Rüstəm Rüstəmov və Naxçıvanski küçələri arasında yerləşən hissəsində təmir işləri aparıldığından nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq və qısa müddətlik məhdudlaşdırılacaq.
Atatürk prospektinin Məmməd Araz küçəsi (keçmiş Teymur Əliyev küçəsi) ilə kəsişməsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məmməd Araz küçəsinin Atatürk prospektindən Azadlıq prospekti istiqamətində olan hissəsi isə açıqdır.
Bundan əlavə, Ceyhun Səlimov küçəsi də Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar uzun müddətə bağlanıb.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












