Bakı-Sumqayıt yolu bağlandı - FOTO

Bakı-Sumqayıt yolunda böyük sıxlıq müşahidə edilir. Avtosfer.az xəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumat bildirilir ki, yolda sıxlıq artıq bir neçə saatdır ki, davam edir. Yolun hətta tamamilə bağlandığı da deyilir. Məsələ ilə bağlı açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, Bakı-Sumqayıt yolu bağlanmayıb. Sadəcə olaraq yolda genişlənmə işləri aparılır. "20 Yanvar dairəsindən başlayaraq Abşeron-Sumqayıt istiqamətində sıxlıq müşahidə olunur. Burada yolun genişləndirilməsi prosesi aparılır. Ekologiya postu ilə üzbəüz ərazidə, yolun 30 metr hissəsində genişlənmə işləri aparılır. Bundan başqa Qələbə dairəsi kimi tanınan ərazidə də bir qədər sıxlıq yaşanır. Belə ki, Qələbə dairəsində hərəkət istiqamətinin işıqforla tənizmlənməsi nəzərdə tutulub. Nahar fasiləsi bitənə qədər bu sıxlıq davam edəcək. İşıqfor quraşdırıldıqdan sonra hərəkət tənzimlənəcək".






İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












