Bakı-Sumqayıt yolunda tıxac yaranıb - Səbəbi leysan, yoxsa...

Bakı-Sumqayıt yolunda tıxac yaranıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, tıxacın yaranmasına səbəb havanın yağışlı keçməsi nəticəsində yollarda suyun artması ilə əlaqədardır. Leysan yağışları nəticəsində yollarda lil və su yığıntıları toplandığından magistral yolda avtomobillərin hərəkətində ləngimələr baş verib. Yolun Xırdalan ərazisindən keçən hissəsində avtomobillərin hərəkət zolağının bir hissəsinin qazılması yoldakı tıxacı daha da artırıb. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları hadisə yerində qazıntı işləri aparır.
"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə bildirib ki, ərazidəki kanalizasiya xətti yenilənir: "Həmin ərazidə bir kanalizasiya xətti var. Xətt güclü yağışlarda Xırdalan ərazisindən gələn suları daşıya bilmir. Ona görə də, "Azərsu" ASC həmin ərazidə ikinci kanalizasiya xəttinin çəkilməsinə və mövcud xətt üzərində quyu və bacalar inşa edir ki, yağış və kanalizasiya suları həmin xətlə normal daşına bilsin".
A.Cəbrayıllı bildirib ki, tikinti işləri bir müddət davam edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












