Bakı-Sumqayıt yolunda yaranan tıxaca çarə tapıldı – VİDEO

Bakı-Sumqayıt yolunda yaranan tıxacın qarşısı alınacaq.
Sözügedən yolda sıxlığı aradan qaldırmaq üçün Sumqayıt şəhəri və Abşeron rayonundan gələn sərnişin avtobusları şəhərə buraxılmayacaq. Avtosfer.az xəbər verir ki, bu barədə ''Xəzər Xəbər'' ə Bakı Nəqliyyat Agentliyinin İctimaətlə əlaqlər şöbəsinin müdri Nuridə Allahyarova deyib.
Sumqayıt və Abşerondan gələn sərnişin avtobusları şəhərə daxil olmadan metronun “Avtovağzal” stansiyası qarşısında dayanacaq. Belə olduqda sərnişinlər həm metro, həm də şəhər daxili avtobuslardan istifadə etməklə mənzil başına rahat gedəcəklər. Bunun üçün ərazidə müəyyən işlər də görülüb.
Yəni nəqliyyatın mübadiləsi qovşağında hər bir avtobusun öz dayanacağı olacaq. Öz dayanacağından istifadə etməyən avtobus sürücüləri və sahibkarlar isə cərimə olunacaqlar.
Nuridə Allahyarovanın sözlərinə görə, bu gündən etibarən ''Baku Bus''a məxsus 2, 13, və 14 saylı avtobusların marşrutunda da dəyşiklik edilərək, son dayanacaq 20 Yanvar dairəsindən “Avtovağzal” metrostansiyasına qədər uzadılıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












