Bakı-Sumqayıt yolundakı qəzada ölən tələbələrin sayı 6-ya çatıb - FOTO

Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alan tələbələrdən daha biri ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində ağır komada olan 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə bu gün səhər saatlarında dünyasını dəyişib. L.Nəsirzadənin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Yasamal rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, L.Nəsirzadə Sumqayıt Dövlət Universitetinin tələbəsi idi. Xatırladaq ki, qəza baş verən gün, martın 9-da Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova dünyasını dəyişiblər.

Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












