Bakı-Sumqayıt yolunun bağlanan hissəsi açıldı - FOTO

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir-bərpa işləri Ceyranbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində təqribən 1 km-lik hissədə aparılıb. Sözügedən hissə artıq sürücülərin istifadəsinə verilib. Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilib, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılıb. Bundan başqa, səth və qrunt suların yoldan kənarlaşdırılması üçün təmir-bərpa işlərinin aparıldığı ərazidə yeni drenaj sistem də inşa edilib. Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton tökülüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














