Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin əvvəlində istifadəyə veriləcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istismarına 2017-ci ilin əvvəlindən tam şəkildə başlanacaq. Avtosfer.az "report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tbilisidə keçirilən BTQ dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının 7-ci görüşü çərçivəsində məlumat verib.
"Artıq bütün ağır işlər geridədir. Həm Gürcüstan, həm Türkiyə ərazisində tamamlama işləri aparılır. Eyni zamanda, Azərbaycan ərazisində müəyyən yenidənqurma, dəmir yolunun modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Layihə 2017-ci ilin əvvəlindən tam şəkildə icra olunmağa başlayacaq. Qatarların hərəkəti təmin olunacaq. Həm yük, həm də sərnişin daşınması təmin ediləcək. Bir sözlə, Avropa ilə Asiya arasında yeni bir pəncərə açılır ki, bu pəncərədən baxanlar hər iki qitənin gözəl şəkildə birləşməsinin bir daha şahidi olacaqlar. İnsanların dini, milli mənsubiyyətindən asılı olmayaraq sivilizasiyaların birləşməsi prosesi daşımaçılıq vasitəsi ilə həyata keçiriləcək", - deyə nazir qeyd edib.
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












