Bakı-Tbilisi-Qars dəmir yolu üçün qatar istehsal edən şirkət regiona gəlir

İsveçrənin qatar və tramvay istehsalçısı "Stadler Rail Management AG" Türkiyədə nümayəndəlik açmaq niyyətindədir. Avtosfer.az xəbər verir ki, bu barədə "report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Stadler"in baş direktor köməkçisi, Marketinq və Satış bölməsinin rəhbəri Peter Yenelten bildirib.
"Türkiyədə dəmiryolu nəqliyyat vasitələrinə maraq artır. "Türkiyə Dəmir Yolları" da bu sahəyə böyük sərmayə yatırmağı planlaşdırır. Hesab edirik ki, bu böyük bazarda biz də olmalıyıq. Bu gün şirkətimizin 7 min işçisi var. Bizim illik dövriyyəmiz 2 mlrd. avro təşkil edir. Almaniya, Macarıstan, Polşa, İspaniya və Belarusda istehsal güclərimiz, 10-dan artıq ölkədə isə xidmət sahəsində ixtisaslaşmış şirkətlərimiz var", - deyə P. Yenelten bildirib.
Qeyd edək ki, Türkiyə 2023-cü ilə qədər dəmiryoluna 45 mlrd. avro sərmayə qoymaq niyyətindədir. Hazırda bu ölkədə 7 min km-yə yaxın sürətli qatar xəttinin inşası davam edir.
"Stadler" şirkətinin məhsulları Azərbaycanda da istismar edilir. Bakı-Sumqayıt marşrutu üzrə 8 elektrik qatarı fəaliyyət göstərir. Bunlardan üçü "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarlarıdır.
Bakı-Tbilisi-Qars magistral dəmir yolunun istismarı üçün isə 2016-cı ilin yayında Azərbaycan "Stadler Rail Group" şirkəti cəmi 30 vaqon istehsal edəcək. Onların 10 ədədi iyun-avqust ayında Bakıya gəlməsi gözlənilir.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












