Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə baxış keçirilir - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə əlaqədar növbəti görüş keçirilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov, sədr müavini Zaman Novruzov, qurumun digər nümayəndələri, eləcə də “Gürcüstan Dəmir Yolları” ASC-nin rəhbər şəxsləri iştirak ediblər. Görüşdə əsasən Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsində görülən işlər, əldə olunmuş nəticələr, eləcə də, digər texniki məsələlər müzakirə olunub. Layihə ilə bağlı bir sıra detallar da diqqət mərkəzində olub. Görüş iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yolunda yeni yaradılmış infrastruktur obyektlərinə baxış keçirmək, yolun tam hazırlığını yoxlamaq məqsədilə yola baxış keçirəcəklər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI


















