Bakı-Tbilisi-Qars dəmir yolunda oğurluq

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsində oğurluq hadisəsi baş verib. Marabda-Axalkalaki-Qars dəmir yolu xəttində 86 kiloqram ağırlığında mis kabel oğurlanıb. Oğurlanmış kabel “Atef Georgia” MMC-yə məxsusdur. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, kabel oğurluğu ilə əlaqədar olaraq 3 nəfər saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. Onlardan biri Samsxe Cavaxetidəki Ninosminda rayonunda yaxalanılıb. Məlum olub ki, saxlanılan İ.P. Marabda-Axalkalaki-Qars dəmir yolunun Ninosminda hissəsində “Atef Georgia” MMC-yə məxsus 86 kiloqram həcmində mis kabeli oğurlayaraq İ.M. və B.Q. adlı şəxslərə satıb. Saxlanılan şəxslərin avtomobilinə baxış zamanı oğurlanan kabel maddi sübut kimi götürülüb.
İlkin hesablamalara görə, “Atef Georgia” MMC-yə 1558 ABŞ dolları və 2050 lari dəyərində ziyan dəyib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












