"Bakı-Tbilisi-Qars dəmir yolunun bizimlə əlaqəsi yoxdur"

"Bakı-Tbilisi-Qars dəmir yolu ilk növbədə Azərbaycan, Gürcüstan və Türkiyəyə müsbət töhfə verəcək. Bizimlə əlaqəsi yoxdur. Çünki bizim ərazilərdən keçmir". Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA Universitetində müəllim-tələbə heyəti ilə görüşdə deyib. O bildirib ki, Azərbaycan Rusiya və İranla hazırda nəqliyyat sahəsində əməkdaşlığı inkişaf etdirmək istiqamətində layihə həyata keçirir: "Nəqliyyat layihələri gələcəkdə məhsuldar əməkdaşlıqlara yol açır". Nazir qeyd edib ki, Azərbaycan və Rusiya terrorizmlə mübarizə sahəsində əməkdaşlıq edir: "Biz əməkdaşlıq edirik ki, heç kəs terrorçulardan hansısa məqsədlərini yerinə yetirmək üçün istifadə edə bilməsin. Biz bunları Suriyada, Yaxın Şərqdə müşahidə edirik. Terrorizmlə mübarizə üçün BMT çərçivəsində əməkdaşlıq edirik. Həmçinin MDB Antiterror Mərkəzi çərçivəsində əməkdaşlıq davam edir. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq bizim ümumi maraqlarımıza xidmət edən əsas sahələrdən biridir".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












