"Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istismara verilməsində maraqlıyıq”

“Türkiyə tərəfi Bakı-Tbilisi-Qars dəmir yolunun necə böyük əhəmiyyətli layihə olduğunu bilir. Ona görə də layihə üzrə işlərin tez bir zamanda başa çatdırılmasında və Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istismara verilməsində maraqlıdır”. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un Gürcüstan bürosuna müsahibəsində Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Çiftci söyləyib. Onun sözlərinə görə, hazırda Bakı-Tbilisi- Qars dəmir yolunun Türkiyə hissəsinin tikintisi sürətlə davam edir: "Türkiyə bütün çətinliklərə baxmayaraq, inşaat işlərinin 2017-ci ildə başa çatdıracaq".
Nazir müavini həmçinin deyib ki, bu layihə iki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsinə, Çindən Böyük Britaniyaya qədər sərnişin və yük daşımalarının həcminin artmasına töhfə verəcək: "Bakı-Tbilisi-Qars layihəsi, eyni zamanda, beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlığımızın genişlənməsində də mühüm rol oynayacaq".
F.Çiftci onu da deyib ki, Türkiyə hökuməti layihənin beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirir: "Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyənin birliyinin əsasını təşkil edir. Eyni zamanda, bizim beynəlxalq tərəfdaşlar arasında nüfuzumuzun artmasına xidmət edəcək. Ona görə də çalışırıq ki, tikinti işlərini bu il başa çatdıraq”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










