Bakı-Tbilisi-Qars layihəsinin operatoru yaradılır

"Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" dövlət şirkəti Bakı-Tbilisi-Qars layihəsinin operatoru olan birgə müəssisə yaradacaqlar. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə deyilir.
Məlumatda deyilir ki, ilkin mərhələdə adıçəkilən dəmir yolu ilə az həcmdə yüklərin daşınması "Gürcüstan Dəmir Yolları"nın fəaliyyətinə ciddi təsir etməyəcək. S&P qeyd edir ki, dəmir yolu layihəsinin Gürcüstandan keçən hissəsinin tikintisi Azərbaycandan alınan kredit hesabına maliyyələşdirilib. "Bunu nəzərə alaraq biz "Gürcüstan Dəmir Yolları"nın qeyd edilən infrastrukturun sahibi olacağını ehtimal etmirik", - deyə məlumatda vurğulanıb.
Bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsinin rəsmi açılış mərasimi oktyabr ayının 28-də baş tutacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaradılmasına dair hökumətlərarası saziş 2007-ci ildə imzalanıb.
Layihənin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi üçün Azərbaycan hökuməti Gürcüstana 775 mln. dollarlıq kredit ayırıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












