Bakı-Tbilisi-Qars layihəsinin yubanmasının SƏBƏBİ AÇIQLANDI

2015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabına nəzərdə tutulmuş 1 mlrd. 392 mln. 600 min manat vəsaitin 1 mlrd. 29 mln. 800 min manatı (73,9%-i) istifadə olunub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir. Sənəddə qeyd olunub ki, təqdim olunmuş hesabatlara görə Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan 111,5 mln. manat vəsaitə qarşı icra 55,2% səviyyəsində olub: "Layihə üzrə ARDNF-in büdcəsində nəzərdə tutulan vəsaitin 44,8% icra olunmaması il ərzində tikinti ərazisində hava şəraitinin əsasən sərt keçməsi, sahə üzrə relyefin bərk olması və Gürcüstan hökuməti tərəfindən nəzərdə tutulan torpaq sahələri üzrə karxanaların vaxtında ayrılmaması kimi amillərlə əlaqələndirilir".
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












