"Bakı-Tbilisi-Qars" Naxçıvana qədər artırılacaq

Bakı-Tbilisi-Qars dəmir yolu xətti Naxçıvana qədər artırılacaq. Avtosfer.az xəbər verir ki. bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Üçtərəfli Koordinasiya Şurasının Qarsda keçirilən toplantsında çıxış edən Ə.Arslan deyib ki, dəmir yolu xəttinin daha səmərəli vəziyyətə gətirilməsi üçün işlər həyata keçirilir.
İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev və "Gürcüstan Dəmir Yolu” SC-nin sədri David Peradzenin də qatıldığı topıantəda nazir Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin perspektivli layihə olduğunu söyləyib: "Bu layihənin daha səmərəli, daha yaxşı işləməsi üçün hər üç ölkə tərəfindən iş aparılır. Toplatımızın sonunda əlaqələrimizin daha da inkişaf etdirməsi adına müsbət və məhsuldar qərarlar alacağıq. Bakı-Tbilisi -Qars həm ölkəmiz, həm də Azərbaycan və Gürcüstan üçün əhəmiyyətlidir. Bu layihə Şərq-Qərb, Avropa ilə Asiya arasında nəqliyyat koridoru rolu oynayır. Odur ki, bu koridorun əhəmiyyətini artırmaq və daha məhsuldar, səmərəli hala gətiriməyin yolları üzərində düşünürük. Qarsda yaratdığımız Loqistika Mərkəsi də bu layihənin əhəmiyyətinin artırılması üçün bir addımdır. Bundan sonra, Qars-İğdır-Naxçıvan üzərindən də bir xətt çəkərək bu layihəni daha mənalı, daha məhsuldar hala gətirəcəyik ".
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













