Bakı-Təbriz və Bakı-Məşhəd aviareysləri təxirə salınıb

İranın “Ata Airlines” aviaşirkəti bugündən etibarən Bakı-Təbriz-Bakı və Bakı-Məşhəd-Bakı reyslərinin icrasını 10 gün dayandırıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Ata Airlines”dan “Report”a bildirilib ki, bu gün aviaşirkətin saat 14:15-ə Bakı-Təbriz (I3 5417 nömrəli) və 14:45-ə olan Bakı-Məşhəd (I3 5434 nömrəli) reyslərinin təxirə salınmasına səbəb texniki problemlərdir: "Bakıdan saat 14:15-də uçan təyyarə Təbrizə 15:25-də, 14:45-də Məşhədə yola düşən təyyarə isə saat 16:30-da enməli idi. Hazırda şirkətin daxilində texniki problemlər (pasportların qeydiyyata alınması üçün xüsusi proqramda) olduğuna görə bugündən etibarən Bakı-Təbriz-Bakı və Bakı-Məşhəd-Bakı reysləri 10 günlük təxirə salınıb. Təxirə salınan reyslərə bilet alan sərnişinlərin pulları tam şəkildə geri qaytarılıb".
"Bakı-Tehran-Bakı istiqamətində isə heç bir problem yoxdur, uçuşlarımız köhnə qaydada davam edir”, - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, aviaşirkət hər üç marşrut üzrə uçuşları həftədə iki dəfə (I və IV günlər) "Airbus A320” təyyarələri ilə reallaşdırır. Tehran və Təbriz istiqamətində reyslərə birtərəfli biletin qiyməti 165 manat, ikitərəfli isə 265 manatdan başlayır. Biletin qiymətinə 25 kq baqaj, 5 kq əl yükü və yemək daxildir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












