Banner

Bakıda tıxaclarla bağlı hüquqşünasdan maraqlı TƏKLİFLƏR

Gündəm 21 Noyabr 2022 11:29 Oxunub 1392
Bakıda tıxaclarla bağlı hüquqşünasdan maraqlı TƏKLİFLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Ötən həftənin son 3 iş günü orta məktəblərdə payız tətili oldu. Yəqin, hər kəs müşahidə etdi ki, pik saatlarında (xüsusən səhər saatlarında) Bakı küçələrində, o cümlədən şəhərin giriş-çıxış yollarında ciddi nəqliyyat sıxlığı və tıxac yox idi. Bu, illərdir müşahidə etdiyimiz mənzərədəir. Deməli, sadəcə uşaqların məktəb problemini həll edə bilsək, hər kəsin, xüsusən Bakı ətrafında məskulaşan yüz minlərlə sakinin uşaqlarının yaxındakı məktəbə nəqliyyatsız gediş-gəlişini təmin edə bilsək, paytaxtın nəqliyyat yükü əhəmiyyətli dərəcədə azalar."

Avtosfer.az xəbər verir ki, bunu hüquqşünaş Ərşad Hüseynov deyib. O, bildirib ki, bu problem plansız məskunlaşmanın və şəhırdə tikinti sıxlığının artmasının nəticəsidir. "Həm şəhər daxilində çoxlu yeni binalar tikilərkən, həm də xüsusən şəhər ətrafında (Xırdalanda, Masazırda, Binədə, Binəqədidə, Sabunçuda və hər yerdə) yüz minlərlə yeni evlər tikilərkən məktəb ehtiyacı nəzərə alınmayıb. Şəhər ətrafı ərazilərin xeylisində mövcud olan məktəblərin şəraiti (o cümlədən tədrisin səviyyəsi) isə orada yaşayanları qane etmir. Bu səbəbdən on minlərlə şagird fərdi avtomobillər və taksilərlə hər gün şəhər daxilindəki məktəblərə gətirilir və geri qaytarılır."

Hüquqşünas onu da əlavə edib ki, Bakı ətrafı ərazilərdə məktəbə əlçatanlığın təmin olunması, həmin ərazilərdəki mövcud məktəblərdə şəraitin (o cümlədən tədrisin səviyyəsinin) yaxşılaşdırılması istiqamətində ciddi işlər görülməlidir. "Eyni zamanda şəhərdəki bəzi məktəblərin digərlərinə nisbətdə daha prestijli olması həm faktiki olaraq, həm də oturuşmuş düşüncə olaraq aradan qaldırılmlıdır. Bəzi xüsusi məktəblər (məsələn, təmayüllü məktəblər, özəl liseylər və s.) var ki, onlara uzaq məsafələrdən nəqliyyatla gəlmə zərurəti qalacaq. Onlar üçün ictimai nəqliyyatdan istifadə təşviq edilməli, ictimai nəqliyyatla problem olan hallarda isə mərkəzləşdirilmiş qaydada, təhlükəsizlik tələbləri təmin olunmaqla “Məktəb avtobusları” təşkil edilməlidir. Tıxaclarla mübarizənin sırf nəqliyyatla bağlı istiqamətləri həlledici olsa da, paralel olaraq bu tipli məskunlaşma problemləri də həll edilməlidir."

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh