Bakı tramvay xəttinin çəkilməsinə hazırdır? - AÇIQLAMA

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üzrə Dövlət Proqramı”nda prioritet layihə kimi “Mehdiabad-28 May (HUB)” tramvay xəttinin inşası nəzərdə tutulur. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib. Onun sözlərinə görə, bu xətt Bakının şimalındakı qəsəbələrin mərkəzlə birbaşa bağlantısını təmin edəcək. Gələcəkdə dəhlizin üzərindəki M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi nəzərdə tutulub.
Maraqlıdır, tramvay xəttinin yenidən bərpası paytaxt yollarında nəqliyyat sıxlığının pik həddə çatmasına səbəb ola bilərmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğulu bildirib ki, cəmizyyətimiz üçün əsas məsələ bu layihənin icra mərhələsidir:

“Deyək ki, söhbət Azadlıq prospektindən gedirsə, ora onsuz da kifayət qədər yüklüdür. Tramvay istifadəyə veriləndən sonra isə Avropa təcrübəsində də gördüyümüz kimi, bu, avtobus zolağı qədər yolu bağlamır. Yəni tramvay olmayan vaxtlarda həmin zolaqdan istifadə etmək mümkündür. Sadəcə, həmişə prioritet tramvay olur, onun hərəkət yolu açıq saxlanılmalıdır. Amma digər vaxtlarda kəsişmələr və ümumi hərəkət baxımından düşünürəm ki, sistem effektiv olacaq”.
Ekspert Bakının bu alternativə böyük ehtiyacınının olduğunu deyib:
“Hər bir halda bunu müsbət qəbul etməliyik. Əsas məsələ onun tətbiq olunması və effektiv işləməsidir. Ümumilikdə isə alternativlərimiz də olmalıdır. Çünki həmin istiqamətdə axın kifayət qədər böyükdür, yol dardır, bir qisim sağa, bir qisim sola dönür. Yəni düz istiqamətdə rahat hərəkət etməyin çətin olduğu bir prospektdən danışırıq. Üstəlik, bəzi yerlərdə artıq avtobus zolağı da var. Ona görə tikinti mərhələsində müəyyən sıxıntılar ola bilər. Amma ümid edirəm ki, bunu mümkün qədər peşəkar şəkildə həll edəcəklər".
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












